Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriyada döyüşən azərbaycanlılara hökm oxunub

İyul 01
15:30 2015

“Sələf Xəbər” Teleqraf.com-a istinadən məlumat verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İraq Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edənlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə 16 yaşlı oğlunu Suriyada döyüşməyə göndərən Vüqar Dursunəliyev son söz deyib. Quranın ayələrini oxuyan Vüqar Dursunəliyev bildirib ki, hökm yalnız Allaha məxsusdur: “Məqsədimiz İslam dövləti qurmaqdır. Bu bizim haqqımızdır”.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakim heyəti hökm elan edib.

Məhkəmənin hökmü ilə Vilayət Həsənli 14 il, Vasif Hacıyev 14 il, İlkin Babazadə 14 il, Mehman Balakişiyev 14 il, Malik Musayev 13,5 il, Azər Qəmbərov 13,5 il, Vüsal Bayramov 14 il, Samir Həşimov 14 il, Vüqar Dursunəliyev 15 il, Elvin Dursunəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Elvin Dursunəliyev tərbiyə müəssisəsində, digər məhkumlar isə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək.

Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verib: “Həqiqətən, Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.

Digər xəbərlər