Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriyada döyüşlərdə iştirak edənlərin məhkəməsi davam edib

Aprel 27
17:43 2015

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, prosesdə Ayşən Namazova şahid qismində ifadə verib. O, bacısının Tarıyel Mustafayevlə qeyri-rəsmi nikahda olduğunu deyib. A. Mustafayeva Tariyel Mustafayevin müalicə üçün Türkiyəyə getdiyini, onun Suriyaya getməsindən xəbəri olmadığını bildirib.

Daha sonra hakim bildirib ki, cinayət işində şahid qismində göstərilən şəxslərdən üç nəfəri hazırda Suriyada olduqları üçün onları məhkəməyə dəvət etmək mümkün deyil.

Proses mayın 4-də davam etdiriləcək.

Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb.

Həmin şəxslərin cinayət işi ayrı-ayrı qruplar şəklində məhkəmədə icraata verilib.

Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyxin cavabı: “Həqiqətən, Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.

Digər xəbərlər