Suriyada döyüşlərdə iştirak etməkdə təqsirli bilinənlərin məhkəməsi başlayıb
665 dəfə baxılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Telman Bəkirov və Mübariz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 6-na təyin olunub.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda və döyüşməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Bəkirov Telman Əvəz oğlu və Tahirov Mübariz Əmən oğlu şübhəli şəxs qismində tutulub.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”. (Buxari)