Suriyada döyüşlərdə iştirakda təqsirləndirilən 2 nəfərin məhkəməsi başlayıb
663 dəfə baxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirləndirilən Telman Bəkirov və Mübariz Tahirovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini təqsirli bilmədiklərini, Suriyada olmadıqlarını, Türkiyədə yaşadıqlarını deyiblər.
Məhkəmə prosesi oktyabrın 13-də davam edəcək.
Qeyd edək ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən, Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, iraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.