Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriyada döyüşməkdə şübhəli bilinən azərbaycanlı tutuldu

Fevral 11
18:07 2015

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən daha bir Azərbaycan vətəndaşı həbs edilib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Rövşən Baba oğlu saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən 26 nəfər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən tutulub.

 Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən, Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.
Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.

Digər xəbərlər