Suriyada döyüşməkdə təqsirləndirilən 2 nəfərin məhkəməsi keçirilib
746 dəfə baxılıb
“Mənim oğlumu aldadıb Suriyaya aparıb”.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Telman Bəkirov və Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Mübariz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başa çatdığı bildirilib. Bu zaman məhkəmə zalında Kütai Rəsulova adlı qadın yerindən çıxış edərək bildirib ki, təqsirləndirilən Mübariz Tağıyev onun oğlu Mahmud Rəsulovu Suriyaya aparıb. “Mənim oğlumu o aparıb. Oğlum xəstədi, başını aldadıb. İş yoldaşları təsdiq edir ki, Mübariz onu aparıb”.
Təqsirləndirilən M. Tağıyev Mahmud Rəsulovla birgə getdiyini bildirib. “Mən sərhədi keçmədim, o keçdi, xəbərim yoxdu”.
Məhkəmədə sənədlərin tədqiqi mərhələsi elan olunub. Çıxış üçün söz dövlət ittihamçısına verilib. İttihamçı- prokuror çıxışa hazır olmadığına görə, məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi oktyabrın 20-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizliyi Nazirliyi tərəfindən saxlanılıb. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda və döyüşməkdə şübhəli bilinərək saxlanılıb.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”. (əl-Buxari)