Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlıyla bağlı hökm verilib
744 dəfə baxılıb
Bakı Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Elşən Adilovun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.
“Sələf Xəbər” Lent.az-a istinadən məlumat verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, şikayət təmin edilməyib. Birinci instansiya məhkəməsinim hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriyanın və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İraq Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasının fəaliyyətində iştirak edib. 2015-ci ilin dekabr ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Adilov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verilib.
Şeyx cavab verib: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.