Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriyada döyüşmüş daha bir azərbaycanlı saxlanılıb

Aprel 01
19:53 2015

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı tutulub.

Bakı sakini, 1989-cu il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

“Sələf Xəbər” Yeniçağ.az-a istinadən məlumat verir ki, aparılan araşdırmalar zamanı onun Suriya və İraqda İŞİD terror xəvaric qruplaşması tərkibində döyüşlərdə iştirak etdiyi məlum olub.

Onun barəsində həbs qətimkan tədbiri seçilib və araşdırma aparılır.

Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən, Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.

Digər xəbərlər