Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Suriyaya gedəndə 15 yaşında idim”

Aprel 23
20:22 2015

“Qayıtmaq istəyirdim, amma sənədlərimi almışdılar”.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə ittiham olunan 10 nəfərlik dəstə üzvünün – Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursunəliyev, Elvin Dursunəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə, təqsirləndirilən şəxslərdən Elvin Dursunəliyev ifadə verib. O, ifadəsində Suriya gedərkən 15 yaşı olduğunu bildirib: “ Mən 1998-ci ilin avqust ayında Şəkidə anadan olmuşam. İslam dininə ibadət edirəm. Suriyada heç bir silahlı birləşmədə olmamışam. Ora getməkdə məqsədim müsəlman qardaşlarıma kömək olub. Heç bir qruplaşmada, heç bir cinayətkar dəstədə çıxış etməmişəm. Saxlanılan şəxslərdən atamdan başqa heç kimi tanımıram. Dini adım, ləqəbim yoxdur. Orada olduğum müddətdə təsərrüfat işlərində çalışmışam. Orada, yemək bişirən şəxslərə mətbəxdə kömək eləmişəm. Silahım olmayıb. İttihamlar üzrə özümü təqsirli bilmirəm. Suriyada vaxtından əvvəl qayıtmaq istəyirdim, sadəcə sənədlərim özümdə olmadığına görə, məcburən orda qalmışam. Silahlı təlimlərdə bir –iki dəfə iştirak etsəm də, ondan istifadə etməmişəm. Tək günahım ora getmək olub”.

Bundan sonra Elvin Dursunəliyev dövlət ittihamçının suallarını cavablandırıb. O, suallara cavabda Suriya gedərək anasının xəbəri olmadığını, atasının tanışı ilə getdiyini bildirib: “Atamın Tehran Qayıbov adlı tanışı vardı. O, Suriyaya gedirdi. Atam və anam notariat konturunda mənə onunla ölkədən çıxmaq üçün olan sənəd verdilər. Onunla Gürcüstan yolu ilə Türkiyə getdik. İstanbulda Mahmud adlı şəxslə görüşdük. 10 günə yaxın İstanbulda qalandan sonra Suriyaya getdik. Suriyada Abu- Fatimə adlı şəxsin yanında olduq. Sonralar mənimlə gedən Tehranın döyüşlərdə öldüyünü bildim. Qayıtmaq istəyirdim, amma sənədlərimi almışdılar. Sonda bizi Suriyadan qovdular. Türkiyə keçən kimi polis bizi saxladı və Azərbaycana deportasiya etdi”.

Elvin Dursunaliyev hakimin və dövlət ittihamçısının bir çox suallarını cavablandırmayıb. Hakim Ramella Allahverdiyeva Elvin Dursunəliyevin valideynlərinin onu necə Suriya göndərdiklərini başa düşmədiyi bildirib: “ Sənə yazığım gəlir, sənin hələ 17 yaşın olmayıb. Necə valideynlərdir ki, səni 15 yaşında Suriyaya göndəriblər. Əsl günahkarlar sənin valideynlərindir. Biz onu məhkəməyə dəvət etsək də, gəlməkdən imtina edib”.
Hakim Elvin Dursunəliyevin atası Vüqar Dursunəliyevə sual verərək, 15 yaşında oğlunun müharibəyə göndərməsinin səbəbini soruşub. O, sualları cavabsız qoyub.

Ramella Allahverdiyeva şahid kimi məhkəmə ifadə verməkdən imtina edən Durdanə Dursunəliyevanın ibtidai istintaq verdiyi ifadəni elan edib: “ Ailəliklə İslam dininə ibadət edirdik. 3 övladımız var. Ən böyük oğlumuzun adı Əhəddir. O, ibadət etməz, siqarət çəkib, araq içməklə məşğuldur. Amma ortancıl oğlumuz Elvin uşaqlıqdan dindardır. Onun bütün tərbiyəsi ilə həyat yoldaşım Vüqar məşğul olurduı. 15 yaşına çatanda Vüqar gəldi ki, Elvini Türkiyədə işləməyə göndərirəm. Bir ana kimi, sevindim. Oğlumun ölkədən çıxması üçün getdim notariusa qol çəkdim. Mən oğlumun Suriyaya cihadda getməyindən xəbərsizdim. Elə olsaydı, heç zaman qoymazdım”.

Bundan sonra məhkəmə sənədlərinin tətbiqi hissəsinə keçilib. Bu zaman təqsirləndirilənlərdən Azər Qəmbərov qısa çıxış edib. O, çıxışında İŞİD-in tərkibində vuruşmadığını və bunu sübut edən heç bir əsasın olmadığını deyib. O, qəfil özünü pis hiss edib. Çıxışını sona çatdıra bilməyib. Ona yardım üçün təcili tibbi yardım maşını dəvət olunub”.

Məhkəmə prosesi aprelin 30-da davam etdiriləcək.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddə, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb.

Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən, Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.

Digər xəbərlər