Sürücülərə xəbərdarlıq: yol polisi reydlərə başlayır
1. 122 dəfə baxılıb
Bakıda sürət həddini aşan sürücülərə qarşı reyd keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
V. Əsədov qeyd edib ki, paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyətinin axşam saatlarında olduğunu nəzərə alaraq yol polisi paytaxt ərazisində saat 22.00-dan reydlərə başlayacaq.
Reyd zamanı sürət həddini aşan sürücülərə qarşı qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib ediləcək.
V. Əsədov yay mövsümünün başlanması ilə əlaqədar sürücülərə istirahət mərkəzlərinə gedərkən nəqliyyat vasitəsini qanunla müəyyən olunmuş həddən yuxarı sürməməyi və spirtli içki qəbul etdikdən sonra nəqliyyat vasitəsini idarə etməməyi tövsiyə edir.
Sələf Xəbər: 20-ci əsrin məşhur İslam alimi, şeyx Məhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Müvafiq dövlət orqanlarının yollarda müəyyən etdiyi sürət məhdudiyyətlərinə ciddi riayət etmək və onları pozmamaq müsəlman üçün mütləqdir (vacibdir). Axı belə məhdudiyyətlər dövlət başçısının əmridir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin).” (Müqəddəs Quran, “Nisa” surəsi, 59-cu ayə). (Kitabdan “həvadis əl-muruuriya, əələm və həsəraat”).
“Sələf Xəbər” redaksiyasi da bu xoşməramlı həftəliyi dəstəkləyir. Bütün sürücülərdən dövlətimiz tərəfindən qoyulmuş yol hərəkəti qanuna Allah rızası üçün əməl etməyi cağırırıq. Bu qaydalara əməl etməməkdə günah olduğu kimi, Allahın razılığı üçün əməl etməkdə heç şübhəsiz ki, savab vardır!
Uca Allah bizləri xeyrə müvəffəq etsin!