Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sürücülərin diqqətinə! Hansı halda avtomobiliniz evakuasiya edilə bilər?

Sentyabr 19
16:20 2017

Bakıda küçələrdə düzgün parklanmayan avtomobillər cərimə meydançalarına aparılır. Bunun üçün əksər hallarda sürücülərə xəbərdarlıq edilmir. Əksər hallarda bu prosesdə sürücü ilə yol polisləri arasında mübahisələr yaranır. Bir sıra hallarda sürücü avtomobilinin qanunsuz aparıldığını, yol polisi isə sürücünün qanunsuz parklanma etdiyini iddia edir. Bu isə sürücü və yol polisi arasında anlaşılmazlığa səbəb olur.

Bu proses necə həyata keçirilməlidir? Yol polisinin sürücüyə xəbərdarlıq etmədən avtomobili cərimə meydançasına aparmaq hüququ varmı? Ümumiyyətlə, yol polisi hansı hallarda avtomobili cərimə meydançasına apara bilər?

Selefxeber.az”ın məlumatına görə, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov “Trend”ə açıqlamasında bildirib ki, dövlət yol polisi müəyyən olunmamış ərazidə parklanan avtomobilləri cərimə meydançasına apararkən sürücünü axtarmamalıdır: “Amma burada bir məqam var. Yol polisi sübut etməlidir ki, həmin avtomobil yolda tıxac yaradır, digər avtomobillərin hərəkətinə mane olur və sair. İnzibati Xətalar Məcəlləsinin (İXM) 24-cü maddəsinə əsasən, əgər yol polisi avtomobilin dayanma-durma qaydasını pozduğunu görürsə və sürücü yanında yoxdursa, foto və ya video çəkiliş etdikdən sonra elektron protokol tərtib edir və prosesi qiymətləndirir. Əgər həmin avtomobil tıxac yaranmasına səbəb olubsa, yaxud ikinci cərgədə parklanmaqla digər avtomobilin park yerindən çıxmasına, hərəkətinə mane olursa, bu halda avtomobil evakuasiya edilə bilər. Bu halda yol polisi avtomobilin sürücüsünü axtarmalı deyil”.

Ə.Hüseynov qeyd edib ki, müəyyən edilməmiş yerlərdə parklanan avtomobil tıxac yaratmırsa, hərəkətə maneçilik törətmirsə, yol polisinin həmin avtomobili evakuasiya etmək ixtiyarı yoxdur: “Məsələn, avtomobil müəyyən edilməmiş yerdə saxlanılıb, lakin digər maşınların və piyadaların hərəkətinə mane olmursa, onda yol polisi həmin avtomobili cərimə meydançasına evakuasiya edə bilməz. Yəni, avtomobil kiminsə darvazasının qarşısında, hansısa giriş-çıxışa mane olan yerdə, tıxac yaratmayan ərazidə qanunsuz parklanıbsa, bu halda yol polisi həmin avtomobili cərimə meydançasına aparmamalıdır. Bu situasiyada yol polisi çəkiliş etməli, elektron protokol yazaraq avtomobilin üzərinə qoymalıdır. Belə hallarda yol polisinin avtomobili evakuasiya etməsi qanunsuzluqdur”.

Ekspert deyib ki, Bakıda bəzi yerlərdə yol polisləri bu qaydalara əməl edirlər: “Məsələn, İçəri Şəhər ərazisində və digər bir-neçə istiqamətdə yol polisi ərazidə xidmət apararkən avtomobillərə tıxac yaratmayan ərazidə qanunsuz parklanma görəndə, həmin avtomobili evakuasiya etmir. Onlar elektron protokol tərtib edərək, həmin avtomobilin şüşəsinə yapışdırır”.

Digər xəbərlər