Sürücülərin nəzərinə – yeni qaydalar qüvvəyə minir
790 dəfə baxılıb
Sabahdan etibarən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minəcək.
“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, bu barədə ekspert Ərşad Hüseynov sosial şəbəkədə yazıb. O, sürücülərin nəzərə almalı olduqları yeni qaydaları da səhifəsində paylaşıb.
1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə elektron protokollar tərtib olunacaq.
2. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.
3. Yeni Məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. Daha iki ay söhbəti olmayacaq.
4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər), özü də əvvəlki kimi 80 manat yox, 100 manat cərimə olunacaq.
5. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşının daha yerində üç saat gözləməsi söhbəti olmayacaq. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq.
5. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində “ASAN ödəniş” sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü üçün elektron kabinet yaratmalıdır.
Sələf Xəbər: Uca Allah buyurur: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir”. (Qurani-Kərim, “əl-Bəqərə” surəsi, 195-ci ayə)
Allah-Təala bizə özümüzü təhlükəyə atmağı qadağan edir. Hər kəsə məlumdur ki, yol nəqliyyat hadisələrinin baş verməsinin başlıca səbəbi sürət həddinin aşılması və yol hərəkət qaydalarını bilməməkdir.
Sələf alimlərinin fətvasına görə yolda müəyyən edilmiş sürət həddini aşan insan buna görə günah daşıyır, ələlxüsus yol qəzası törədərsə, mütləq şəkildə haram iş etmiş sayılır. Hətta Şeyx ibn Bəz (Allah ona rəhmət etsin) 120 km saatdan yüksək sürəti özünə qəsd olması barədə fətva vermişdi. Yol hərəkət qaydalarını bilməmək də bir növ özünü təhlükəyə atmaqdır. Ona görə də müsəlman bunu dərk etməli və bu sahədə məsiliyyətini hiss etməlidir.