Sürücülük vəsiqələri Türkiyədə tanınacaq
Mart 16
16:51
2016
651 dəfə baxılıb
Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, bununla bağlı Ankarada Türkiyə-Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” saziş imzalanıb.
Sazişi Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin Daxili İşlər naziri Efkan Ala imzalayıblar.
Sələf Xəbər: Bütün sürücüləri dövlətimiz tərəfindən qoyulmuş yol hərəkəti qaydalarına Allah rızası üçün əməl etməyə cağırırıq. Bu qaydalara əməl etməməkdə günah olduğu kimi, Allahın razılığı üçün əməl etməkdə heç şübhəsiz ki, savab vardır! Uca Allah bizləri xeyrə müvəffəq etsin!