Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tacikistan humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Yanvar 28
17:23 2016

Tacikistan humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

Tacikistan Xarici İşlər nazirinin müavini Parviz Davlatzoda Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovu qəbul edib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüş zamanı P. Davlatzoda Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərdiyi humanitar yardıma görə Azərbaycan hökuməti və xalqına təşəkkür edib.

Görüşdə aktual ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Tacikistana 800 min manatlıq humanitar yardım göndərib. Yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq verməşil, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kv m dam örtüyü (dəmir şifer) və 30 kub m taxta daxildir.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim 4/ 2074/ № 2699)

Digər xəbərlər