Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tanınmış ekspertdən sürücülərə məsləhət

Yanvar 31
15:41 2017

“Hörmətli piyada və sürücülər, bu səhər Bakıda müşahidə edilən hava şəraiti yollarda hərəkət üçün daha ciddi ehtiyatlılıq tələb edir”.

Selefxeber.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert Ərşad Hüseynov sosial şəbəkələrdə bildirib.

Ekspert onlara, xüsusən, bu məsələlərə daha çox diqqət yetirməyi tövsiyə edir:

“Gecədən bəzi yerlərdə buzlaşma var idi, səhər tezdən onun üstünə qar yağır. Nəzərə alın ki, buzun üstündə təzə qar ən pis sürüşkənlik effekti yaradır, həm də adamı aldada bilər. Körpülərdə, küləyin daha çox vurduğu yerlərdə daha diqqətli olmaq lazımdır.

Sürücülərə həmişə tövsiyə edirik ki, belə şəraitdə ara məsafəsini daha böyük saxlayın, asta sürətlə gedin. Amma ən ciddi məsələlərdən biri də intervaldır. Yan-yana təhlükəsiz interval saxlamaq vacibdir. Yol 2 zolaqlıdırsa, elə 2 cərgə ilə getmək lazımdır ki, avtomobil azacıq sürüşüb istiqamətini dəyişəndə qonşu cərgədəkinə dəyməsin. Avtomobili yerləşə bilən hər yerə salmayın. Bu, xaos və mədəniyyətsizlikdir. 2 zolaqda 3 cərgə ilə heç ən yaxşı havada da normal sürmək olmur.

Ən vacibi isə çalışın, avtomobilinizi yola çıxarmayın. Onsuz da çətin vaxtdır. Ziyana düşsəniz və ya başqasına ziyan vursanız, uzun müddət peşman olacaqsınız”.

Digər xəbərlər