Tbilisidə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr ediləcək
											Mart 09
										
											16:19
											2016
										
									734 dəfə baxılıb
Bu gün Tbilisidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Tvitter” səhifəsində yazıb.
O, Tbilisidə görüşlərdə Dağlıq Qarabağ münaqişəsini və münaqişənin sülh yolu ilə həlli prosesini müzakirə edəcəklərini qeyd edib.
Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın tezliklə qaytarılmasında xalqımıza kömək etməsini və cinayətkarları cəzalandırmasını diləyirik!








































						
						
						
						
						
						
						


