Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tbilisidə nazirlər birgə Bəyannamə imzalayıblar

Fevral 19
17:14 2016

Gürcüstan, Azərbaycan və Türkiyənin Xarici İşlər nazirləri birgə Bəyannamə imzalayıblar.

Gürcüstan, Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin Tbilisidə keçirilən 5-ci üçtərəfli görüşünün yekunları ilə bağlı Bəyannamə imzalanıb.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, sənədə Gürcüstanın Xarici İşlər naziri Mixail Canalidze, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu imza atıb.

Bəyannamədə üç ölkə arasında regional əməkdaşlığa dair layihələrin əhəmiyyəti, o cümlədən Azərbaycan və Gürcüstanı narahat edən münaqişələrə münasibət əksini tapıb. Sənəddə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək bir daha vurğulanıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər