Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Təhsildən yayınan şagirdlərin valideynlərini cərimə gözləyir

Dekabr 03
17:46 2015

Dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə olunacaq.

Azərbaycanda təhsildən yayınan şagirdlər üçün cərimə tətbiq olunacaq.

“Sələf Xəbər” Sputnik.az-a istinadən xəbər verir ki, bununla bağlı İnzibat Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.

Layihə qəbul olunaraq MM-in plenar iclasına tövsiyə olunub.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)

Digər xəbərlər