Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Test imtahanı ləğv edilir? – Təhsil Nazirliyi

Avqust 29
16:05 2017

Burada söhbət test imtahanlarının ləğvindən yox, gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının müəyyən qaydada təkmilləşdirilməsindən gedir.

Selefxeber.az-ın “Report”a istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov deyib.

O bildirib ki, artıq prosesə başlanılıb: “Biz bu il IX siniflərdə orta təhsil səviyyəsində buraxılış sinfində həyata keçirilən imtahanlara nəzər salsaq, bunun fərqli bir format olduğunu görürük. Həmin imtahanlar 2 mərhələdən ibarət olub. IX sinfin buraxılış imtahanlarının ilkin mərhələsi mart ayında, ikinci mərhələ iyun ayında keçirilib. Həmin mərhələlərin qiymətləndirilməsində müəyyən fərqlər müşahidə olunub”.

“Şagirdlər birinci mərhələdə daha çox açıq tipli suallar, Ana dili fənnindən esse, Riyaziyyat fənnindən yenə də yazılı misal-məsələlərin həlli, ikinci mərhələdə isə daha çox vərdiş etdiyimiz ənənəvi test üsuluna daha yaxın olan bir sistem üzrə imtahan verirdi. Bunun da özəlliyi ondan ibarətdir ki, IX sinifdə oxuyan həmin uşaqlar doqquz il öncə yeni sistemlə-kurikulumla tədrisə başlayıblar. Bu sistemdə nəzərdə tutulmuş standartların yalnız test üsulu ilə qiymətləndirilməsi mümkün deyil. Ona görə də daha geniş və əhatəli qiymətləndirmə prosesinin həyata keçirilməsi prosesinə başlanılıb”.

Digər xəbərlər