Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Texniki baxış haqqında qaydalar sərtləşir – VİDEO

Aprel 19
15:45 2017

Texniki baxışdan keçməyən avtomobillər radarla müəyyən ediləcək və sürücülər cərimə olunacaqlar.

Selefxeber.azXezerxeber.az”-a istinadla məlumat verir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bununla bağlı təkliflər hazırlanaraq Milli Məclisə göndərilib.

Təyin olunmuş müddət ərzində texniki baxışdan keçməyən nəqliyyat vasitəsi müşahidə kameraları vasitəsi ilə aşkar ediləcək və sonra yazılan protokola əsasən, 10 günün tamamında yolda patrul əməkdaşı həmin avtomobili saxlayıb sürücüyə cərimə yazacaq.

Hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır. Texniki baxışdan keçməməyə görə cərimə isə 50 manatdır və cərimə yazılandan sonrakı 10 gün ərzində yenə texniki baxışdan keçmədikdə sürücü bir daha 50 manat cərimə olunacaq.

🎬

Digər xəbərlər