Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tezliklə milli zirehli maşınlar ordumuzun ixtiyarına veriləcək

İyul 12
17:26 2016

“Tufan” milli zirehli nəqliyyat vasitəsi müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılıb.

Qısa müddət ərzində bir sıra milli zirehli maşınlar Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarına veriləcək.

Selefxeber.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bunu müdafiə s­ənayesi naziri Yavər Camalov iyulun 10-d­a Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı­ ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran­ vəzifələrə həsr olunan iclasında deyib.

Nazir qeyd edib ki, müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan “Tufan” milli zirehli nəqliyyat vasitəsinin – 12,7 mm-lik məsafədən idarə olunan döyüş modulu, tank əleyhinə idarə olunan raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və s. sistemlərlə təchiz edilmiş bir neçə variantının hazırlanması nəzərdə tutulur. Milli zirehli maşının təcrübi nümunəsinin ilin sonunadək hazırlanması planlaşdırılır:

“Eyni zamanda, xarici dövlətlərlə danışıqların nəticəsi olaraq yeni “İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələri hazırlanıb Bakıda keçiriləcək ADEX-2016 sərgisində nümayiş etdiriləcək və 2017-ci ildən artıq seriya ilə istehsalına başlanılacaqdır. Daha bir yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrimizin ixtiyarına veriləcəkdir”.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə).

Digər xəbərlər