“The Washington Times”: “Ermənistan qeyri-qanuni işğalını davam etdirir”
698 dəfə baxılıb
“Ermənistan beynəlxalq institutlar, məhkəmələr və qanunun aliliyini görməzdən gəlir”.
“Rusiya və Ermənistan üçün beynəlxalq hüquq mənasız anlayışdır”.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu barədə ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetində dərc olunan “Dağlıq Qarabağ hadisələrinə yenidən baxış” sərlövhəli yazıda bildirilir.
Yazının müəllifi Aleksandr Murinson Dağlq Qarabağ hadisələrinin qısa xronikasını verərək erməni tərəfinin işğalı Dağlıq Qarabağdan kənar ərazilərə – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçına yaydıqlarını bildirib. O, Beynəlxalq Böhran Qrupunun hesabatlarına əsasən münaqişə nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın-köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb: “Ermənistanın təcavüzkar dövlət olması şübhə doğurmayan faktdır. Ermənistan bu gün beynəlxalq hüquqla Azərbaycanın suveren ərazisi sayılan torpaqların qeyri-qanuni işğalını davam etdirir. Kapitol Hilldə olan çoxsaylı ermənipərəst qüvvələr bunun əksini iddia etməyə çalısalar da, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələyə həqiqi qiymət verir və faktları təbliğatdan ayırır”.
Yazıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələr, eləcə də “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı xüsusi qeyd edilib: “Ən əsası, məhkəmə qərarı Ermənistanın Dağlıq Qarabağ və 7 ətraf rayon üzərində effektiv hakimiyyəti və yurisdiksiyasının olmadığı barədə Ermənistan hökumətinin etirazlarını əsassız sayıb. Ermənistana görə, Dağlıq Qarabağ suveren dövlətdir. Avropa İnsan Haqları Məhkəməsinin məsələ ilə bağlı yekun qərarı isə belədir: Ermənistan hazırda Dağlıq Qarabağ və ətraf ərazilərdə effektiv nəzarət həyata keçirir”.
Murinsonun sözlərinə görə, Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan münaqişənin Avropa İnsan Haqları Məhkəməsi çərçivəsində və ya onun vasitəçiliyi ilə deyil, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu çərçivəsində aparıldığını deyərək məhkəmənin qərarını ciddiyə almadığını göstərib: “Azərbaycanın qaydalara əməl etməsinə, məhkəmədə şikayətlərinin təmin olunmasına, ədalətli sülhə çalışmasına baxmayaraq, Ermənistan qanunlara məhəl qoymur, beynəlxalq institutlar, məhkəmələr və qanunun aliliyini görməzdən gəlir”.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)