“The Washington Times”da Qarabağla bağlı etiraf
654 dəfə baxılıb
“Son illər ABŞ öz müttəfiqləri barəsində birmənalı xarici siyasət yeritmir”.
“Sələf Xəbər” Azvision.az-a istinadən bildirir ki, bu sözləri Kaliforniya Universitetinin professoru Norma Zager Amerikanın “The Washington Times” qəzetində dərc olunmuş məqaləsində yazıb.
N.Zager bir çox misallar əsasında Azərbaycanı Birləşmiş Ştatların etibarlı və sədaqətli müttəfiqi adlandırır, lakin bildirir ki, Vaşinqton onun problemlərinə göz yumur. ABŞ Azərbaycanın Ermənistanı BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının geri qaytarılmasına, işğala və təcavüzə son qoyulmasına çağıran qətnamələrini yerinə yetirməyə məcbur etmək üçün ona təsir göstərmək çağırışlarına qulaq asmaq istəmir.
Müəllifin sözlərinə görə, bu gün Birləşmiş Ştatlar Rusiyanı Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırır, lakin Azərbaycan barəsində haqsızlığı nəzərdən qaçırır. O yazır: “Hətta Ermənistan tərəfinin təkrar təcavüz aktları pislənilmir”.
Müəllifin qeyd etdiyinə görə, son illər Azərbaycan dəfələrlə tənqidə məruz qalıb və təəssüf ki, vətəndaş cəmiyyətinin qurulmasında, ölkənin həyatının yaxşılaşdırılmasına yönəldilmiş sabit və uzunmüddətli inkişaf üçün zəmin yaradılmasında Azərbaycanın xidmətləri çox az hallarda etiraf edilir.
Sələf Xəbər: İkinci xəlifə Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir: “Biz elə bir ümmətik ki, Allah bizi İslam ilə izzətləndirib. Əgər biz İslamdan qeyrisində (qərbdə, avropada) izzət axtarsaq, Allah bizi zəlil edər”. (Müstədrək Hakim)