Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Toyda spirtli içkidən zəhərlənmə baş verib

Oktyabr 17
20:56 2014

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Azərbaycanda toyda zəhərlənmə faktı qeydə alınıb.

Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, oktyabrın 15-də Cəlilabad şəhər sakinləri Həmid Nəsirov, Aqil Əliyev və Orxan Nəsirov alkoqoldan zəhərlənərək xəstəxanaya aparılıblar.

İlkin məlumatlara görə, onlar toy məclisində içdikləri spirtli içkidən zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.

 Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, və insana yalnız xeyir verən şeyləri əmr edir, və yalnız ona ziyan vuran şeyləri qadağan edir.

Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir.

Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Sərxoşedici içkilər — bütün şərlərin açarıdır.” (İbn Macə).

Digər xəbərlər