“TURAZ Şahini – 2016” şərti terroristləri məhvetmə əməliyyatı keçirib
Mart 17
17:50
2016
727 dəfə baxılıb
Türkiyənin Konya şəhərində keçirilən “TURAZ Şahini – 2016” birgə taktiki-uçuş təlimləri davam edir.
“Sələf Xəbər”in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, təlimlərin ssenarisinə əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə F-16 qırıcı təyyarələri ilə şərti olaraq terroristlərin yerləşdiyi məkanların məhvetmə əməliyyatını keçiriblər. Təlim əməliyyatı zamanı şərti döyüşə girən F-16 qırıcıları qoruma təyyarələri vasitəsilə mühafizə edilib. Birgə keçirilən əməliyyat uğurla başa çatıb. Şərti terroristlər və onların yerləşdikləri ərazi məhv edilib.
Təlimlər davam edir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)