Türkiyə erməniləri Avropanı onlardan istifadə etməməyə səsləyib
734 dəfə baxılıb
Türkiyə erməniləri Avropanı onlardan siyasi məqsədlərdə istifadə etməməyə çağırıb.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, Türkiyə erməniləri adından Vatikan və Avropa parlamentinə müraciət ünvanlanıb.
Müraciətdə Türkiyə erməniləri 1915-ci il hadisələrindən çox, Suriya və İraq böhranlarına diqqət ayırmaq barədə çağırış ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd Peyğəmbərə nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdur. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)