Türkiyə Prezidenti Azərbaycan xalqına başsağlığı verdi
Fevral 26
16:40
2015
879 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan hələ də Ermənistanın işğalı altında qalan Dağlıq Qarabağın bir hissəsi olan Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini söyləyib.
Türkiyə Prezidenti vurğulayıb ki, 1992-ci ildə qətliama məruz qalan azərbaycanlılar yandırılaraq, gözləri çıxarılaraq, başları kəsilərək öldürülüblər. “Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqına başsağlığı veririk”, – deyə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586, Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65, 2585)