Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə Prezidenti: “…Ermənistanla sərhədləri aça bilmərik”

Mart 02
17:10 2015

“Putin, Olland və Obama ilə söhbətlərimizdə onlar “maraqlandıq, maraqlanacağıq” deyirdilər, hələ heç bir nəticə yoxdur”.

“Qarabağ məsələsində addım atılmadıqca, Ermənistanla sərhədləri aça bilmərik”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin “Soyqırım iddialarının 100-cü ilində Ermənistan və ermənilər mövzusunda bir təşəbbüsünüz olacaqmı” sualına cavab verərkən deyib.

“Şərtimiz odur ki, Qarabağ məsələsində addım atılmadıqca, sərhədlər açılmayacaq. Putin, Olland və Obama ilə söhbətlərimizdə onlar “maraqlandıq, maraqlanacağıq” deyirdilər, hələ heç bir nəticə yoxdur”, – deyə R. T. Ərdoğan əlavə edib.

Sələf Xəbər: İkinci xəlifə Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir: “Biz elə bir ümmətik ki, Allah bizi İslam ilə izzətləndirib. Əgər biz İslamdan qeyrisində (qərbdə, avropada) izzət axtarsaq, Allah bizi zəlil edər”. (Müstədrək Hakim)
Qarabağın qaytarılmasında Allah-Təala yardımçımız olsun!

Digər xəbərlər