Türkiyə səfiri: “Qarabağda savaş başlayarsa, Türkiyə bizim arxamızda olacaq” – deyin
672 dəfə baxılıb
“Bölgədə sabitlik və dincliyin olması üçün Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli lazımdlr”.
“Sələf Xəbər”in məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun “Yeni Musavat”a verdiyi geniş müsahibəsi zamanı deyib.
Ankara-Moskva yaxınlaşmasının Qarabağ münaqişəsinin ədalətli həllinə təsir edəcəyi barədə məsələyə toxunan səfir qeyd edib ki, Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq bölgələrində Türkiyə də, Rusiya da önəmli dövlətlərdir:
“Türkiyənin tək istəyi Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərqdə sabitlik, dincliyin bərpa olunmasıdır. Sabitlik və dincliyin olması üçün də Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli lazımdır. Bu bölgələrdə aparıcı oyunçular olan Türkiyə və Rusiya faydalı məsələlərlə bağlı bir araya gəldikləri halda, Ankarada mövcud olan Rusiya ilə sıfırtoplamlı yarış içində olmadığımız, problemlərin həllinin sadəcə Türkiyəyə deyil, Rusiyaya da fayda verəcəyi inancının Moskvada da qəbul edilməsi halında Suriyada da, Dağlıq Qarabağ məsələsinin həllində də bütün bölgənin ali mənfəətlərinə xidmət edəcək nəticələr əldə edə bilərik. Biz Türkiyədə səmimiyyətlə buna inanırıq. Bizim bu bölgədə kiminləsə geopolitik rəqabət aparmaq niyyətimiz yoxdur”.
Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazisinin bərpa olunmasının vacibliyini vurğulayan səfir rəsmi Bakının qəbul edəcəyi formulun ortaya çıxacağı təqdirdə Türkiyənin sonadək bu həll planına dəstək verəcəyini bildirib:
“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə, Türkiyənin mövqeyi bəllidir. Bizim dərdimiz bu bölgədə normallaşmaya nail olmaqdır. Sərhədlərin çərçivəsi bəlli, Ermənistan olduğu yer bəlli, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazisi bəllidir. Bunlar əsas götürüldüyü təqdirdə, Azərbaycanın qəbul etdiyi formul ortaya çıxarsa, Türkiyə sonadək bu həll planına dəstək verər və o prosesdə nə lazımdırsa, Türkiyə o addımları atar”.
Səfir Qarabağda savaş başlayarsa, Rusiyanın Ermənistanı müdafiə edəcəyi barədə yayılan rəyə də reaksiya verib:
“Rusiya Ermənistanın arxasında duracaq” sözünü erməni deyir. Ruslar deyirmi? Xeyr! Elə isə siz də erməninin dediklərinin cavabında “Türkiyə bizim arxamızda olacaq”, deyin”.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))