Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə-Suriya sərhədində 5 azərbaycanlı saxlanılıb

İyul 23
16:42 2015

Son 6 ay ərzində.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, Türkiyə rəhbərliyi yanvarın 1-dən iyunun 30-dək qeyri-qanuni şəkildə Suriyaya keçməyə çalışan 56 rusiyalını saxlayıblar.

Bu dövr ərzində sərhəddə 32 ölkədən 457 əcnəbi saxlanılıb. Saxlanılanların böyük bir hissəsi Çindəndir – sərhəddə 241 nəfər uyğur saxlanılıb.

Bundan başqa, 56- Rusiya, 30 – Fələstin, 29 – Türkmənistan, 13 – Böyük Britaniya, 12 – Fransa, 9 – Səudiyyə Ərəbistanı, 7 – Əfqanıstan, Cənubi Koreya və Tacikistan vətəndaşları (hər ölkədən 6 nəfər), Azərbaycan, Almaniya, Belçika və Niderland vətəndaşları (hər ölkədən 5 nəfər) saxlanılıb.

Daha 18 ölkədən gəlmiş 1-dən 3-dək əcnəbi saxlanılıb.

Vətəndaşları Suriyaya keçmək istəyən ölkələrin sırasında Avstraliya, Braziliya, Trinidad və Tobaqo da var.

Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu hifz etsin) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən, Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, iraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.

Digər xəbərlər