Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Türkiyə və Azərbaycan birgə silahlı qüvvələri təkmilləşdirir”

Yanvar 18
15:53 2016

“Türkiyə, Azərbaycan və Qazaxıstan TAKM layihəsi çərçivəsində birgə silahlı qüvvələrin təkmilləşdirilməsi üzrə işlər aparır”.

“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, bunu Türk Xəbərlər Xidmətinə eksklüziv müsahibəsində Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz deyib.

Onun sözlərinə görə, Avropa və Aralıq Dənizi Ölkələrinin Hərbi Statuslu Polis və Jandarmlar Assosiasiyası (FIEP) çərçivəsində 2011-ci ildən başlayaraq qazanılmış təcrübənin Mərkəzi Asiya və Qafqaz ölkələri ilə mübadiləsi məqsədilə iş aparılır.

Qeyd edək ki, 2013-cü ilin fevralında Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın iştirakı ilə TAKM (iştirakçı ölkələrin baş hərfləri) – 4 ölkənin birgə silahlı qüvvələri yaradılıb. Təşkilat Avrasiya regionunda yerləşən hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təsis edilib.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər