Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə vətəndaşları ermənilərə qarşı döyüşmək istəyir

Avqust 13
18:13 2014

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Türkiyə vətəndaşları ermənilərə qarşı döyüşmək üçün Azərbaycan Müdafiə Nazirliyinə (MN) müraciət edirlər.

Məlumata əsasən, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytına Türkiyə vətəndaşları tərəfindən xeyli sayda müraciət daxil olub. Müraciətlərdə Ermənistanın cəbhədəki təxribat xarakterli addımları pislənilib, Azərbaycan dövlətinə dəstək ifadə olunub. Müraciət edənlər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında ermənilərə qarşı döyüşmələrinə şərait yaradılmasını istəyiblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, qoşun komandanları da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova telefon açaraq cəbhədə baş verən hadisələrlə maraqlanıb, şəhid olmuş əsgərlərlə bağlı müdafiə nazirinə və
Azərbaycan xalqına başsağlığı verib, Azərbaycana dəstəklərini ifadə ediblər.

“Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Muslim)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər