Türkiyədə təhsil alan azərbaycanlılar Qurban bayramını qeyd edib
834 dəfə baxılıb
“Sələf Xəbər”-in Heydər Əliyev Fonduna istinadən verdiyi xəbərə görə, Fondun Türkiyə nümayəndəliyi müqəddəs Qurban bayramı münasibətilə İzmir və Eskişehir şəhərlərində təhsil alan azərbaycanlı tələbələr üçün bayram şənlikləri təşkil edib.
Fondun təşkilatçılığı ilə hər iki şəhərdə qurbanlıqlar kəsilərək tələbələrə, eləcə də yerli ailələrə paylanılıb.
İzmirdə keçirilən mərasimdə tədbir iştirakçılarına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb. Daha sonra Azərbaycan diasporunun nümayəndələrinin, müxtəlif qeyri-hökumət təşkilatları rəhbərlərinin çıxışları olub.
Hər iki tədbirdə Türkiyədə təhsil alan azərbaycanlı gənclər, xarici ölkələri təmsil edən tələbələr, nüfuzlu universitetlərin müəllimləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin.”
Qurani Kərim, “Həcc” surəsi, 34-cü ayə