Türkiyəli nazir: “Xocalı soyqırımı bütün türk dünyasının ortaq dərdidir”
698 dəfə baxılıb
“Türkiyə Azərbaycanın yanında olub və olacaq. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”.
Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri – Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) sədri Vasif Muradlı və Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Oqtay Türkiyə Cümhuriyyəti Avropa Birliyi naziri və Baş müzakirəçisi Volkan Bozkırla görüşdə iştirak ediblər.
“Sələf Xəbər” Publika.az-a istinadən bildirir ki, Türk və türkdilli xalqların icmalarının təmsilçiləri ilə keçirilən görüş Türkiyə Cümhuriyyətinin Finlandiyadakı səfirliyində baş tutub.
Dünya və Türkiyə siyasəti üçün aktual olan bir sıra məsələlər barədə danışan Volkan Bozkır azərbaycanlı diaspor rəhbərlərinin suallarına cavabında Dağlıq Qarabağ münaqişəsi barədə öz fikrini bildirib. AB naziri deyib ki, “iki dövlət bir millət” prinsipinə söykənərək Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ məsələsinin həllində və digər məsələlərdə Türkiyə Azərbaycanın yanında olub və olacaq.
V.Bozkır Xocalı soyqırımının bütün türk dünyasının ortaq acısı olduğunu vurğulayaraq, türk icmaları ilə görüşün fevralın 26-da keçirilməsinin təsadüfi olmadığını deyib. “23 il əvvəl törədilmiş Xocalı soyqırımının bugünki günü bir arada olmağımız “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” fikrinin daha bir sübutudur” – deyə əlavə edib.
Azərbaycanla Ermənistanın iqtisadi vəziyyətindən danışan V.Bozkır ildən-ilə iqtisadiyyatı inkişaf edərək güclü dövlətə çevrilən Azərbaycanın fonunda Ermənistanın hər tərəfdən əlaqələrinin kəsildiyini, əhalisinin böyük bir hissəsinin isə ölkəni tərk etdiyini vurğulayıb.
FAA-nın Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay isə öz növbəsində AB naziri Volkan Bozkıra sualını cavablandırdığı üçün təşəkkür edib, Türkiyə Finlandiyadakı fövqəladə və səlahiyyətli səfiri Adnan Başağın Finlandiyada yaşayan azərbaycanlılara hər zaman yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65, 2585)