Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyənin Azərbaycana hərbi sahədə yardımı

İyun 23
15:58 2015

İzmirdə Türk Hava Qüvvələrinin dost və müttəfiq ölkələr üçün hərbi pilot yetişdirəcəyi Çoxmillətli Uçuş Təlim Mərkəzinin açılışı olub.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, açılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Pakistan Hava Qüvvələrinin rəisi, ordu general Sohail Aman, Sudan Hava Qüvvələri komandiri, general-leytenant Esam-Aldeen Mubarak Habibullah İbrahim, Makedoniya Hava Qüvvələri Komandiri Metodija Veliçkovski iştirak ediblər.

Açılış mərasimindən sonra ABŞ, Azərbaycan, Banqladeş, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Pakistan və Türkmənistan arasında razılıq Memorandumu imzalanıb.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər