Türkiyənin köməyi ilə 7 nəfər Azərbaycanlı Yəməndən çıxarılıb
Aprel 06
18:57
2015
695 dəfə baxılıb
Yəmənin paytaxtı Sana şəhərindəki bütün azərbaycanlılar oradan çıxarılıb.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycanın Yəməndə də akkreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib.
Konsul bildirib ki, sonuncu azərbaycanlıların Yəməndən çıxarılmasına Türkiyə dövləti kömək edib: “Dünən 7 nəfər azərbaycanlı Sana aeroportundan Türkiyə tərəfinin vasitəsilə təxliyyə olunub. Onlar təyyarə ilə birbaşa İstanbul şəhərinə uçublar. Hazırda Sana aeroportunda təxliyyə olunmağı gözləyən azərbaycanlı yoxdur”.
Xatırladaq ki, aprelin 2-də iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən çıxarılıb.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim Peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)