Türkiyənin Müdafiə naziri: “Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır”
705 dəfə baxılıb
“Türkiyə Azərbaycanın yanındadır”.
“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsində Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Türkiyənin Müdafiə naziri İsmət Yılmaz ötən gün Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
İ. Yılmaz deyib ki, aqressivlik və işğal siyasəti heç vaxt uğur gətirə bilməz: Ermənistanın xalqının da sülhə və barışa ehtiyacı var. Sülhün necə əldə olunacağı da bəllidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllini tapmalıdır. Bundan başqa heç bir həll variantını Türkiyə dəstəkləməz, Türkiyə Azərbaycanın yanındadır”.
İ. Yılmaz bildirib ki, Azərbaycan öz hərbi gücünü artırmaq və müdafiə sahəsini gücləndirmək əzmində olan ölkədir: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycan qədər istəyir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının aradan qaldırılması və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsində Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazırdır”.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”. (Müslim, Buxari)