Türkiyənin Xarici İşlər naziri Azərbaycana gəlib
Sentyabr 16
16:06
2015
613 dəfə baxılıb
Türkiyə müvəqqəti hökumətinin Xarici İşlər naziri Firudin Sinirlioğlu Azərbaycana səfərə gəlib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında naziri Azərbaycanın rəsmi şəxsləri qarşılayıblar.
F.Sinirlioğlu səfər zamanı Şəhidlər və Fəxri xiyabanı, həmçinin türk şəhidlərinin abidəsini ziyarət edəcək. O daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.
Türkiyənin XİN başçısı Bakıda ikitərəfli münasibətlərin perspektivlərini, regional və dünyada baş verən hadisələri müzakirə edəcək.
Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!