Uçan “kamikadze” Qarabağa qanunsuz investisiya qoyan şirkətləri təşvışə salıb
802 dəfə baxılıb
Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonlarında aprel ayının əvvəlindən başlayaraq yaranmış vəziyyət və ermənilərin ciddi tələfat verməsi Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq bu əraziyə investisiya qoyan xarici şirkətlərin ciddi narahatlığına səbəb olub.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Ermənistan KİV-də yayılan xəbərlərə görə, 4 aprel tarixində Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Sünik şəhərindən Ağdərə rayonuna gedən veteran döyüşçüləri daşıyan avtobusun müasir radar sistemindən yayına bilən “özü partladan pilotsuz uçan aparat” vasitəsi ilə məhv etməsi bu ərazidəki strateji obyektlərin, həmçinin qızıl mədənlərinin təhlükəsizliyini gündəmə gətirib.
Belə ki, bu hadisədən dərhal sonra Ağdərədə tikilən Drombon qızıl-mis və Kaşenmis-molibden mədənlərinə investisiya qoyan, orada qeyri qanuni fəaliyyət göstərən“Vallexgroup” və onun tərkib hissəsi olan “Basemetals”şirkətlər qrupu qondarma Dağlıq Qarabağ hökumətinə narahatlıqlarını bildiriblər. Şirkət müasir radar sistemindən yayına bilən bu silahdan mədənlərə qarşı istifadə olunarsa, təhlükəsizlikləri ilə bağlı hansı tədbirlərin görüldüyünü bilmək istəyiblər.Həmçinin, şirkətdə çalışan xarici vətəndaşların təhlükəsizliyinin təmin olunmadığı halda bölgəni tərk edəcəkləri bildirilib.
Qeyd edək ki, Drombon mədəni Ağdarə rayonunun Heyvalı (Drombon) kəndində yerləşir. Kaşen zavodu isə Ağdarə rayonunun Çiçəkli (Tsağkaşen) kəndində yerləşir. Hər iki mədən böyük qızıl, mis-molibden ehtiyatlarına malikdir və böyük həcmdə gəlir gətirən sahə hesab olunur.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)