Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Uorlik pilotsuz uçan aparatdan istifadəni təxribat adlandırıb

Yanvar 31
18:38 2015

ATƏT-in Minsk Qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlik erməni pilotsuz uçan aparatının vurulması faktını şərh edib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, həmsədr öz “Tvitter” səhifəsində Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttinin pilotsuz uçan aparatlardan istifadə olunmaqla pozulması cəhdlərini təxribat adlandırıb.

Uorlik “Tərəflər gərginliyi azaltmalıdırlar”, – deyib.

Xatırladaq ki, yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) məhv edilib.

 Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.” (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər