VALİDEYNLƏRİN NƏZƏRİNƏ: Dənizdə boğulanların əksəriyyəti uşaqlardır!
839 dəfə baxılıb
Aktual.az xəbər verir ki, son 54 gün ərzində Bakı təcili tibbi yardımına 41 nəfərin suda boğulması ilə bağlı müraciət daxil olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın AzNews.az-a verdiyi məlumata görə, müraciət edənlərdən 20 nəfəri dünyasını dəyişib, 18-i xəstəxanaya çatdırılıb, 3-nə isə yerindəcə yardım göstərilib.
Z. Vahidova bildirib ki, mayın 19-dan bu günədək Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) və stansiyanın əməkdaşları Bakının 15 çimərliyində hər gün saat 9:00-dan 21:00-dək vətəndaşların təhlükəsizliyi üçün xidmət göstərir. Təcili Tibbi Yardım Stansiyasının həkim briqadaları çimərliklərdə növbədə olur.
Həkim, ötən ilin eyni dövrü ilə müqayisədə bu il suda boğulma ilə bağlı təcili yardıma daxil olan müraciətlərin sayında çoxalma olduğunu da qeyd edib.
O, vətəndaşlara xəbərdarlıq edib: “Ötən ildən fərqli olaraq bu yay suda boğulanların əksəriyyəti uşaqlardır. Bu baxımdan da hər bir valideyn uşağına dənizdə çimərkən ehtiyatlı olmağı tapşırmalı və nəzarəti itirməməlidir. FHN-nin müvafiq tövsiyə və tələblərinə də riayət olunmalıdır. Bir sözlə, dənizdə çimərkən qaydalara riayət edilməlidir”.
Sələf Xəbər: Uca Allah buyurur: “…öz əllərinizlə özünüzü təhlükəyə atmayın.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 195-ci ayə).
“Qul iki halda özünü təhlükəyə atır: həyatını itirməklə və ya qəlbini ölümlə nəticələndirən və ya nəticələndirə bilən ilahi hökmü yerinə yetirmədikdə; və onun həyatının itirilməsinə və ya qəlbinin ölməsinə səbəb olacaq əməllərə yol verdikdə. Belə əməllər olduqca çoxdur və onlardan biri də Allah yolunda müqəddəs müharibədə iştirak etməkdən və yaxud döyüş əməliyyatlarına maddi yardımdan imtina etməkdir.
Bu imtina – düşmənlərin müsəlmanlar üzərində qələbəsinə səbəb olur. Belə əməllərə həmçinin döyüşdə və ya qorxulu səfərdə öz həyatı üçün təhlükə yaratmaq da aiddir. Eyni şeyi vəhşi heyvanların və ilanların məskunlaşdığı ərazidə gecələyən, çürük ağaca çıxan və laxlayan binaya girən və ya özünə başqa təhlükəli məşğələlər tapan insan barəsində də demək olar.
Bütün sadalanan hallar – insanların özlərini məhvə məhkum etmələrinin nümunələridir. Yenə bunun bir nümunəsi kimi, Allaha itaətsizliyi, Onun bağışlayacağına ümid bəsləməməyi və dinin vacib hökmlərini yerinə yetirməməyi göstərmək olar. Dinin vacib hökmlərini yerinə yetirməmək isə qəlbi puç, imanı isə məhv edir.” (Bax “Təfsir Əs-Saadi”).