Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Vətəndaşlara yolların bağlanmasını SMS-lə bildirəcəklər

Dekabr 09
16:03 2014

Nazirlər Kabineti “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiq edib.

“Sələf Xəbər”-in Publika.az-a istinadən verdiyi məlumata görə, qaydalarda qeyd olunur ki, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin ediləcək.

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə, Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən aşağıdakı hallar təşkil edir:

Yenidən qurulma və təmir; dövlət tədbirləri keçirilərkən və qəzalar baş verərkən.

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstəriləcək. Həmin məlumatlar müvafiq xidmətə abunə olmaq və ya SMS sorğu göndərməklə əldə ediləcək. Bu sahədə bütün xidmətlər ödənişli olacaq. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Nəqliyyat Nazirliyi ilə mobil telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən ediləcək.

Digər xəbərlər