Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

XİN: Azərbaycan FHN-nin təyyarəsinin Nepala uçuşu planlaşdırılır

Aprel 27
17:22 2015

Azərbaycanın Hindistandakı, eləcə də Nepalda akkreditasiya olunmuş səfirliyi zəlzələdən əziyyət çəkmiş Nepala humanitar yardım çatdıracaq Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin uçuşuna icazənin rəsmiləşdirilməsi məsələsini həll edir.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə əsasən, həmin təyyarə ilə Nepalda yaşayan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi planlaşdırılır. Hazırda texniki məsələlər həll edilir.

Azərbaycanın Hindistandakı səfirliyindən əldə edilən ilkin məlumata görə, Nepalda 6 uşaq daxil olmaqla 14 azərbaycanlı yaşayır. Zəlzələ nəticəsində azyaşlı uşaq cüzi xəsarət alıb, hazırda onun vəziyyəti normal qiymətləndirilir.

Qeyd edək ki, Nepalda baş vermiş zəlzələ nəticəsində ölənlərinin sayı 3500 nəfəri ötüb.

Sələf Xəbər: Uca Allah buyurur: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 215-ci ayə)

Digər xəbərlər