XİN Azərbaycanın Suriya böhranı ilə bağlı mövqeyini açıqladı
722 dəfə baxılıb
Azərbaycan XİN: “Suriya xalqının iradəsinə uyğun olaraq böhranın siyasi həllinin tapılmasının tərəfdarıyıq”.
“Bölgədə sülh və atəşkəs bərqərar olmalıdır”.
“Azərbaycan bölgədə sülh və atəşkəsin bərqərar olması və Suriya xalqının iradəsinə uyğun olaraq, böhranın siyasi həllinin tapılmasının tərəfdarıdır”.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” adı altında keçirilmiş konfransda çıxış edərək Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkəmizin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır”, – deyə Hikmət Hacıyev qeyd edib.
Новость код шарх
Sələf Xəbər: Məhəmməd peyğəmbər (ona salavat və salam olsun) bir dəfə səhabəsinə belə buyurdu: “Ey Əbdürrəhman bin Səmura! Əmir olmağa (hakimiyyətə) can atma. Əgər öz istəyin (tələbin) olmadan idarəçilik sənə verilərsə, onda Allahın yardımını görə bilərsən. Yox, əgər öz istəyinlə (tələbinlə) idarəçilik sənə verilərsə, onda (Allah) səni bu işlə baş-başa buraxar”. (Əl-Buxari)
Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!