XİN Sarkisyanın şərtlərinə cavab verdi
1. 259 dəfə baxılıb
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistan Prezidenti Serj Sarkisyanın danışıqlarla bağlı irəli sürdüyü 3 şərti şərh edib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, nazir bildirib ki, şərtlərlə bağlı heç nə dəyişməyəcək.
“Bir tərəfdən deyirlər ki, danışıqlar olmayacaq. Digər tərəfdən isə deyirlər ki, biz Azərbaycanı danışıqlara məcbur edəcəyik. Azərbaycan dəfələrlə bəyan edib ki, status – kvo qəbuledilməzdir. İrəvanda, bəlkə, fikirləşirlər ki, belə şərtlərlə münaqişənin həllini 25 il də uzada bilərlər. Amma belə deyil. Bu məsələ tez həll edilməlidir”.
Nazir deyib ki, bu şərtlərlə sülh prosesini sürətləndirmək mümkün olmayacaq. Bu, sülh prosesinə zərbə vuracaq.
Sələf Xəbər: Uca Allah buyurur: “.Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)