Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Xocalı soyqırımının tanınması ilə bağlı daha bir sənəd qəbul olunub

Yanvar 22
17:48 2015

İstanbulda öz işinə başlayan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələri Parlamentlər İttifaqının 10-cu konfransında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İskəndərov və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş Katibi Mahmud Erol Kılıç tərəfindən iki qurum arasında əməkdaşlığı nəzərdə tutan protokol imzalanıb.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Geniş sahədə işbirliyini nəzərdə tutan sənəddə iki qurumun “Xocalıya Ədalət” kampaniyasının məqsəd və məramlarının icrası istiqamətində də əməkdaşlıq etməsi nəzərdə tutulub.

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının sözügedən sessiyasında “Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında Əməkdaşlıq” başlığı altında qəbul edilmiş qətnamədə İƏT üzv parlamentləri Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı prinsipial mövqelərini bir daha nümayiş etdiriblər.

İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin parlamentlərini öz sırasında cəmləşdirən İƏT Parlament İttifaqının “Xocalıya Ədalət” kampaniyasında iştirak edərək bu sahədə beynəlxalq səviyyədə əməkdaşlıq etməsi Xocalı soyqırımının dünya səviyyəsində tanıdılmasında mühüm rol oynayır.

 Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.” (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər