“Xocalıya Ədalət” aksiyası Misirdə keçirilib – FOTO
725 dəfə baxılıb
Xocalı Soyqırımının 23-cü ili ilə əlaqədar olaraq, AR-in Misirdəki səfirliyinin dəstəyi ilə Qahirə universitetinin “İqtisadiyyat və Siyasi elmlər” fakültəsinin yüzə yaxın tələbəsi Misirin Qahirə şəhərində yerləşən və ölkənin ən böyük istirahət parkı olan “Əl-Əzhər” parkında “Xocalıya Ədalət” şüarı altında aksiya keçirib.
“Sələf Xəbər” Trend-ə istinadan məlumat verir ki, aksiya çərçivəsində misirli tələbələr tərəfindən üzərində “Light a Fire to Fight the Liar” və “Justice for Khojaly”yazısı olan hava şarları havaya buraxılıb və tələbələr bununla da öz həmyerlilərinin diqqətini bu soyqırıma yönəldib.
Eyni zamanda, aksiya çərçivəsində misirli tələbələr toplu halında, insanların kütləvi şəkildə toplaşdığı parkın ərazisində Xocalı şəhidlərinə öz ehtiramlarını nümayiş etdiriblər.
Bundan əlavə, parkın ərazisində “Justice for Khojali” yazısı olan sözlər tələbələr tərəfindən nümayiş olunub.
Aksiya çərçivəsində ətrafdakılara Xocalı faciəsini əks etdirən flayerlər paylanılıb və Ermənistan Silahlı qüvvələri tərəfindən Xocalıda dinc Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırım barədə məlumat verilib.
Qeyd etmək lazımdır ki, keçirilən aksiya misirlilərlə yanaşı Misir mətbuatının da diqqətini cəlb edib və aksiya Misirin Kütləvi İnformasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.
“Xocalıya Ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər davam etdirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)