Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Xristian missionerlərin Azərbaycanda fəaliyyəti

Sentyabr 28
17:24 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay QuliyevAzərbaycanda xristian missionerlərinin təhlükəli fəaliyyət göstərdiyini bəyan edib.

Selefxeber.azAPA”ya istinadən xəbər verir ki, A. Quliyev Bakıda keçirilən “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” adlı konfransda deyib ki, onlar xüsusən gənclər, hərbi çağırışçılar arasında təhlükəli təbliğat aparırlar.

A.Quliyev qeyd edib ki, xristian missionerləri Azərbaycanda çox fəallaşıblar: “Artıq biz bunu dəqiq müəyyənləşdirmişik. Çağırışçılar arasında təbliğat aparıb, onları hərbi xidmətə getməkdən yayındırırlar, silah işlətməyin haram olduğunu deyib, qadağan edirlər. Beləliklə, Azərbaycan ordusuna təsir edir, düşmənə qarşı mübarizə ruhunu zəiflədirlər. Bunların fəaliyyəti bir çox ölkələrdə qadağandır. Biz də artıq qərar verməliyik”.

Digər xəbərlər