“Xruşşovka”lar sökülür, yerində isə bu binalar tikiləcək – FOTO
2. 284 dəfə baxılıb
“Tikinti şirkətlərinə bütün məsələlərdə dövlət orqanları tərəfindən problemlərin həllində kömək ediləcək”.
Selefxeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Bakının 1-ci mikrorayon ərazisində olan “Xruşşovka”ların sökülməsi ilə bağlı brifinqdə çıxış edən Agentliyin rəisi müavini Elxan Əsədov deyib.
O bildirib ki, bunun üçün sakinlər yeni evlərə köçürülənə qədər kirayə evlərdə məskunlaşacaq və onlara bunun üçün kompensasiya veriləcək:
“Tikiləcək mənzillərin sahəsi ən azı 10 faiz artıq olmalıdır. Kommersiya tipli yaşayış sahələrinin də kirayə haqqı qarşılanacaq. İstəsələr, birdəfəlik satıb yaşayış sahəsinə iddiaçı da olmaya bilərlər. Bunlar müqavilələrdə əks olunacaq. Həmin rayonda 2 uşaq bağçası, 1 məktəb, uşaq yaradıcılıq mərkəzi kimi sosial obyektlər var. Həmin obyektlər FHN-lə birgə digər aidiyyəti qurumlarla müşahidələr aparılacaq. Lazım gələrsə, rekonstruksiya olunacaq.
Yox, mümkün olmasa, sökülüb yerində yenisi tikiləcək. İlk növbədə, şəhərsalma planı hazırlanmalı və maliyyə imkanları tapılmalıdır. Sonra layihələndirmə işləri başlanılacaq.
Ərazi boşaldıqdan sonra isə layihələr tenderə çıxarılacaq. Son olaraq isə məskunlaşma mərhələsi olacaq. Ərazi 29 hektardan ibarətdir. İlkin araşdırmaya görə, 1729 ailə köçürüləcək. Yeni tikiləcək binaların sayı 30-u keçməyəcək”.
Brifinqdə “Xruşşovka”ların yerində tikiləcək binaların fotoları da nümayiş etdirilib:
Report-un məlumatında isə deyilir ki, baş nazirin müavini Abid Şərifov jurnalistlərə Nəsimi rayonu ərazisində yerləşən 1-ci mikrorayonunda binaların sökülməsinə münasibət bildirərkən belə deyib:
“Layihə Fövqəladə Hallar Nazirliyi tərəfindən təklif edilib. Keçmiş Sovetlər birliyində insanları mənzillə təmin etmək ən ciddi problemlərdən biri idi. 1-ci mikrorayon və digər ərazilərdə inşa edilən panel binalar fıransızlar tərəfindən müvəqqəti yaşamaq üçün tikilib. Bütün bəla bu binanın ancaq beton panellərlə tikildiyinə görə, bütün normativlər pozulub. Belə evlərdə yaşayanların əksəriyyəti xəstələnirlər.
Hətta bir müddət mən də o evlərdən birində yaşamışam. Bu evlərdə problem çoxdu və başdan-ayağa xəstəlikdir.
Ona görə də, bu evlərin sökülməsini mən təqdirəlayiq hal hesab edirəm. Bu möhtəşəm bir layihədir. Bütün mikrorayonlar hissə-hissə söküləcək. Onların yerində 9-12 mərtəbəli binalar tikiləcək. Həmçinin bütün sosial obiyektləri ilə birlikdə söküləcək”.