Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yalama dəmiryol keçidində sərnişin qatarı yanıb

May 21
13:48 2015

Azərbaycanda Yalama dəmiryol keçidində sərnişin qatarında bu gün səhər yanğın baş verib, nəticədə bir vaqon yanıb. Qatarda olan bütün sərnişinlər evakuasiya olunub, xəsarət alan yoxdur.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Nadir Azməmmədov deyib.

FHN-nin dəmiryol mütəxəssisləri tərəfindən yanğın söndürülüb. Yanğının söndürülməsində dəmiryol qatarlarının söndürülməsi üçün nəzərdə tutulan xüsusi qatardan istifadə olunub.

İlkin məlumata görə, yanğının səbəbi söndürülməmiş siqaret olub.

Hazırda hərəkətin bərpa edilməsi ilə bağlı işlər aparılır.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz”. (Qurani-Kərim, “Təğabun” surəsi, 11-ci ayə)

Digər xəbərlər